...

II Yelizavetanın həyat yoldaşı şahzadə Filip əməliyyat üçün xəstəxanaya yerləşdirilıb

Cəmiyyət Materials 7 İyun 2013 01:21 (UTC +04:00)
Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filip xəstəxanaya yerləşdirilib.
II Yelizavetanın həyat yoldaşı şahzadə Filip əməliyyat üçün xəstəxanaya yerləşdirilıb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filip xəstəxanaya yerləşdirilib. Bu barədə Trend BBC teleradiokorporasiyasına istinadən cümə axşamı məlumat verir.

RİA Novostinin məlumatına əsasən, bəyanatda deyilir ki, şahzadəyə cümə günü müalicə müəssisəsində qarın boşluğunda diaqnostik əməliyyat ediləcək.

İyunun 10-da şahzadənin 92 ili tamam olmalıdır. Onun təxminən iki həftə hospitalda qalması gözlənilir.

Edinburq Hersoqu keçən yayda sidik kisəsinin iltihabının təkrarı ilə əlaqədar Edinburq klinikasında bir neçə gün keçirib.

Xəbər lenti

Xəbər lenti