...

Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edilib

Cəmiyyət Materials 13 İyun 2013 14:24 (UTC +04:00)
Milli Məclisin cümə axşamı keçirilən növbədənkənar iclasında "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə axşamı keçirilən növbədənkənar iclasında "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Trend-in məlumatına görə, layihəni təqdim edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, bu qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

4 fəsil, 20 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.

Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti