...

Türkiyə turistlərin cəlb edilməsi üçün Rusiya və Almaniyanın turizm şirkətləri ilə danışıqlar aparıb

Cəmiyyət Materials 18 İyun 2013 10:33 (UTC +04:00)
Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya və Almaniyaya səfər edərək hər iki ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələrilə görüşlər keçirib.
Türkiyə turistlərin cəlb edilməsi üçün Rusiya və Almaniyanın turizm şirkətləri ilə danışıqlar aparıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya və Almaniyaya səfər edərək hər iki ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələrilə görüşlər keçirib. Bu barədə Trend çərşənbə axşamı "Hürriyet" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, hər iki ölkəyə səfərin məqsədi Türkiyəyə turistlərin cəlb edilməsidir. Taksim meydanında baş vermiş hadisələrdən sonra sözügedən ölkələrdən Türkiyəyə gələn turistlərin sayı kəskin azalıb.

Nümayəndə heyəti Rusiyada Federal Turizm Agentliyinin rəhbəri Aleksandr Radkovla görüş keçirib. Almaniyada isə 10 aparıcı turizm agentliyinin rəhbərlərilə danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti