...

Müdafiə Nazirliyi hərbi parada cəlb olunacaq texnika və silah sistemlərinin sayını açıqladı

Cəmiyyət Materials 25 İyun 2013 17:02 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur.
Müdafiə Nazirliyi hərbi parada cəlb olunacaq texnika və silah sistemlərinin sayını açıqladı

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Eldar Sabiroğlu məlumat verib.

Məlumata əsasən, son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti