...

Cinayət məsuliyyətinə cəlb edilmiş müəllimlərin işə qaytarılması məsələsinə yerli təhsili idarəetmə orqanı baxacaq

Cəmiyyət Materials 29 İyun 2013 14:22 (UTC +04:00)
Cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik əsasında yerli təhsili idarəetmə orqanı baxacaq.
Cinayət məsuliyyətinə cəlb edilmiş müəllimlərin işə qaytarılması məsələsinə yerli təhsili idarəetmə orqanı baxacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik əsasında yerli təhsili idarəetmə orqanı baxacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun təsdiqlədiyi "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları"na əsasən, müəllimlərin işə qəbulu qaydalarına riayət etməyənlərə qarşı bəzi məsuliyyətlər nəzərdə tutulur.

İşə qəbulla bağlı qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti