...

Dini təhsil almaq istəyənlər psixoloji yoxlamadan keçməli olacaqlar

Cəmiyyət Materials 1 İyul 2013 13:51 (UTC +04:00)
Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər psixoloji komissiyadan keçəcəklər.
Dini təhsil almaq istəyənlər psixoloji yoxlamadan keçməli olacaqlar

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər psixoloji komissiyadan keçəcəklər.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, "2013/2014-cü tədris ili üçün Bakı İslam Universitetinə qəbul olmaq istəyən abituriyentlər universitetdə fəaliyyətə başlayan Dini-Psixoloji Komissiyadan keçməlidirlər".

Komissiya 1-6 iyul 2013-cü il tarixlərində fəaliyyət göstərəcək.

(Əlaqə telefonları: +9940124928223; +994502258551)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti