Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İzzət/
Bu ilin son 6 ayı ərzində Bakıda ağır və xüsusilə ağır cinayətlərin üstünün açılması təxminən 98 faiz təşkil edib.
Trend-ə bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Ağır cinayətlərlə müqayisədə böyük ictimai təhlükə törətməyən və az ağır, xüsusən də mülkiyyət əleyhinə olan cinayətlərin üstünün açılması faizi daha aşağıdır. Belə ki, bu rəqəm 50 faizdən də azdır.
Qeyd edək ki, təkcə Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada mülki cinayətlərin üstünün açılması faizi adətən aşağı olur və onların yarısının üstünün açılması böyük uğur sayılır.