Azərbaycan, Bakı, 15 iyul /Trend/
Türkiyənin Hatay vilayətinin mərkəzi rayonu Antakyada nümayişçilər yenə də küçələri döyüş meydanına çeviriblər.
Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, Gezi parkı hadisələri ilə əlaqədar toplaşan bir qrup polisə səs bombası, daş və dəmir parçaları atıb. Polisin su şırnaqları vasitəsilə dağıtmağa çalışdığı aksiyanın iştirakçıları yollarda qurduqları barrikadaları yandırmağa başlayıblar.
Hatayda 4 gündür davam edən nümayişlər nəticəsində polis və mülki vətəndaş olmaqla 25 nəfər xəsarət alıb.