...

KİVDF: Mənzillərin hansı jurnalistlərə verilməsi püşkatma ilə müəyyənləşəcək

Cəmiyyət Materials 17 İyul 2013 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli mətbuatın 138 illiyi ilə bağlı bayram tədbirinin proqramı açıqlanıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çərşənbə günü Trend-ə bildirib ki, iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın açılışından öncə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Ev alacaq jurnalistlərin kimliyi binanın açılışı günü bilinəcək. Hansı mənzilin hansı jurnalistlərə verilməsi həmin gün püşkatma ilə müəyyənləşəcək.

Fond rəhbəri əlavə edib ki, bina tam hazırdır və hazırda binada təmizlik işləri aparılır.

Bayram tədbiri isə saat 20:00-da Bakının "Min bir gecə" sarayında keçiriləcək.

Tədbirdə Milli mətbuatın 138 illiyi ilə bağlı müsabiqənin və Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının qalibləri mükafatlandırılacaq.

Adları siyahıya düşən jurnalistlərə bir gün əvvəlcədən dəvət məktubu göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti