...

Əfsanəvi və çılğın Ford Mustang yenidən Azərbaycanda (FOTO)

Cəmiyyət Materials 22 İyul 2013 14:41 (UTC +04:00)
Qədim tarixə malik, əfsanəvi Ford brendinin ən uğurlu nümayəndələrindən olan Ford Mustang modeli Azərbaycan yollarında öz izini qoyacaq.
Əfsanəvi və çılğın Ford Mustang yenidən Azərbaycanda (FOTO)

Qədim tarixə malik, əfsanəvi Ford brendinin ən uğurlu nümayəndələrindən olan Ford Mustang modeli Azərbaycan yollarında öz izini qoyacaq. Sürətsevərlərin idealına çevrilən model, heyrətləndirici eksteryeri və texnoloji yeniliklərlə zəngin, əsl lüks idman üslubunu özündə cəmləşdirən interyeri ilə hər kəsi valeh edəcək. Ford Mustang kiçik avtomobildə cəmləşən bir çox texnologiyalardan xəbər verən mükəmməl xüsusiyyətləri, həmçinin küçədə gedərkən insanın diqqətini cəlb edən yeni dizaynı ilə Amerika performansının simvoluna çevrilmişdir.

Ford Mustang - Amerikanın performans və üslub ikonu sayılır. Modelin özünə əmin görünüşü və texnoloji yeniliklərdən xəbər verən intellektual funksiyalarının çoxluğu onu avtomobil yollarının liderinə çevirir. Yeni model Mustang xüsusilə gözə çarpan radiator barmaqlığı ilə daha aqressiv dizayn təklif edir. Həmçinin bu görünüşə güclü ayrıcılar əlavə olunur. GT-nin tavanındakı funksional istilik aspiratorları düşünülmüş şəkildə yerləşdirilib və isti havanın mühərrikdən çıxmasınına yardım etməklə mühərrikin soyumasını təmin etməyə xidmət edir.

6 pilləli yeni Ford Mustang SelectShift Avtomatik Transmissiya funksiyası ilə klassifikasiya oluna bilər.Bu qabaqcıl idarə etmə strategiyası sürücüyə həm avtomatik,həm də əllə idarə etmə imkanı təklif edir.Sistem dəyişdiricinin (shifter) yanında yerləşən selector düyməsi ilə idarə olunur.Dəyişdirici (shifter) daha muasir dizayn və mükəmməlləşdirilmiş əlverişliliyi ilə 2013-cü ildə daha da təkmilləşdirilmişdir.

2013 Ford Mustang müştərilərə inanılmaz aydın və daha canlı səs keyfiyyəti ilə 2 yeni audio sistem təklif edir. Funksional Shake sistemi 8 dinamikalıdır və 370 Vat gücündə səs ötürmək imkanına malikdir.Təkmiləşdirilmiş ShakerPRo isə 9 dinamikalıdır və 550 Vat gücündə səs ötürmək imkanına malikdir.

Mustang-da öz sözünü deyən yeni 4.2 dyümlük LCD ekran müştərilərə yanacağa qənaət və avtomobilin performansı ilə bağlı məlumatları almaqda kömək edir. Ekran sükanın üzərində yerləşən 5 istiqamətli idarə düyməsi vasitəsilə idarə olunur və sürücülərə performans metriklərini çatdıran İzləmə Proqramını (Track Apps) təklif edir.Proqram g gücünü ölçür, 15 mildə sürətlənmə sayını, həmçinin 0-60 arası sürət artımlarını, əyləcləmənin sayı, avtomatik sönmə və işə düşməni göstərir.

Ford Azərbaycan satış mərkəzində təqdim edilən Mustang - 3.7 litr həcmli 305 a.g.-ə malik və 5.0 litr həcmli 420 a.g.-ə malik mühərriklərlə təchiz edilən iki modifikasiyada müştərilərə təklif edilir. Hər iki versiya avtomatik transmissiya ilə təchiz olunub.

Ford Azərbaycandan tərəfindən bütün Ford modellərinə 3 il və ya 100.000 km zəmanət təqdim edilir.

"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti