Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Diyarbəkir vilayətində təhlükəsizlik qüvvələri iri çətənə plantasiyasının məhv edilməsi üzrə əməliyyata başlayıblar. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Əməliyyata 18-dən artıq vertolyot, 13 tank və təhlükəsizlik qüvvələrinin 600 əməkdaşı cəlb edilib.
Hazırda əməliyyat davam edir, xeyli sayda həbslərin olacağı gözlənilir.