...

Məleykə Abbaszadə buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 26 İyul 2013 12:20 (UTC +04:00)
Hazırda yalnız Ukraynada attestat təqdim etməklə ali məktəblərə qəbul mümkündür. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında söyləyib.
Məleykə Abbaszadə buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir M.Əliyev/

Hazırda yalnız Ukraynada attestat təqdim etməklə ali məktəblərə qəbul mümkündür. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında söyləyib.

M.Abbaszadənin sözlərinə görə, elə ölkələr, ali məktəblər var ki, orada oxumaq istəyənlər yoxdur. Ona görə də kənar ölkələrdən qəbula çalışırlar: "Ukraynaya ali məktəblərə gedəndə, validyenlər fikirləşməlidirlər ki, nə üçün ora gedirlər? Hansısa məktəbdən diplom almaq, yoxsa övladının mütəxəssis kimi yetişməsi üçün? Bu, təhsil sahəsində turizmdir".

TQDK sədri bildirib ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsinin indi gündəmə gəlməsi düzgün deyil: "Orta məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Mərhələ-mərhələ elə səviyyəyə gəlib çata bilərik ki, müəyyən ixtisaslara attestat təqdim etməklə ali məktəbə qəbul mümkün ola bilər. Ən azı, 5 ildən sonra bu mümkün ola bilər. Ancaq elə ixtisaslar, ali məktəblər olacaq ki, ora qəbul imtahanla olacaq".

Onun sözlərinə görə, hər il Rusiyada Vahid İmtahan Sistemində çoxlu sayda qalmaqallar yaşanır. Ona görə də Rusiyadan nümunə götürmək cəhdləri yersizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti