...

FHN küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edir

Cəmiyyət Materials 29 İyul 2013 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

FHN əhaliyə küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir.

Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsasən, iyulun sonunadək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacağını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlara şəxsi təhlükəsizliklərinin qayğısına qalmağı, küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir.

Çünki küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti