...

Bakıda və Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq

Cəmiyyət Materials 13 Avqust 2013 10:48 (UTC +04:00)
Təmir işləri aparılan müddətdə Zərdab, Ucar rayonlarına, Samux, Göygöl, Qazax rayonlarının bir hissəsinə, Cəlilabad şəhərinə, Yasamal rayonunun İnşaatçılar və İzmir küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bakıda və Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E.İsmayılov/

Bakıda və Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təmir işləri ilə əlaqədar avqustun 13-də saat 09:00-dan 18:00-dək "Cəlilabad" Qazpaylayıcı Stansiyandan qidalanan "Cəlilabad" ölçü qovşağında, saat 10:00-dan 18:00-dək "Ağasıbəyli", "Yuxarı Salahlı" Avtomatik Qazpaylayıcı Stansiyanda, saat 10:00-dan "Gəncə" Qazpaylayıcı Stansiyandan qidalanan "Hacıməlik" Qaztənzimləyici Məntəqəsində, "4 saylı" Qaztənzimləyici Məntəqəsində, saat 10:00-dan 15:00-dək "Qazax" Qazpaylayıcı Stansiyanda, saat 11:00-dan 18:00-dək "Ucar", "Zərdab" və "Lək" Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zərdab, Ucar rayonlarına, Samux, Göygöl, Qazax rayonlarının bir hissəsinə, Cəlilabad şəhərinə, Yasamal rayonunun İnşaatçılar və İzmir küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti