...

Azərbaycan alimləri rusiyalı həmkarları ilə Qafqazın müasir geodinamikası üzrə tədqiqat işləri aparırlar

Cəmiyyət Materials 26 Avqust 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri rusiyalı həmkarları ilə "Qafqaz regionunun müasir geodinamikası, fluid rejimi və neftqazlığı" mövzusunda elmi-tədqiqat işləri aparırlar.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Rusiya Elmlər Akademiyası (REA) Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-minerologiya elmləri doktoru Vasili Lavruşin AMEA Geologiya İnstitutunda səfərdədir. Alimlər Azərbaycanın palçıq vulkanları, yeraltı suları və Eosen-Meosen yaşlı geoloji kəsişləri ilə bağlı araşdırmalar aparırlar. Talış, Şamaxı, Quba, Lahıc və s. bölgələrdə çöl işləri aparılır, qaz, su, vulkan palçığı və süxur nümunələri götürülür.

Nümunələr REA Geologiya İnstitutunda analiz olunacaq.

AMEA Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev bildirib ki, 2010-cu ildə başlanmış tədqiqatlar 2015-ci ilə qədər davam edəcək. Tədqiqatların nəticələri Qafqazın ümumi geologiyası ilə aparılan araşdırmaların nəticələrinə əlavə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti