...

Azərbaycan Turizm Assosiasiyası Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse-prezidenti seçilib

Cəmiyyət Materials 29 Avqust 2013 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse-prezidenti seçilib.

Bu barədə Trend-ə AzTA-nın sədri Nahid Bağırov məlumat verib. Onun sözlərinə görə, Zambiya və Zimbabvedə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 20-ci sessiyası keçirilib. Assambleyanın sessiyaları hər iki ildən bir keçirilir və bu zaman İdarə Heyətinə seçkilər keçirilərək vitse-prezidentlər müəyyənləşir: "Bu seçkilərdə adi vitse-prezident və 4 qitə - Amerika, Avropa, Afrika və Asiya üzrə konkret kurator olan 4 vitse-prezident seçilir".

AzTA sədri deyib ki, bu seçkilərdə Azərbaycan da öz namizədliyini irəli sürüb. Seçkinin nəticəsi olaraq, AzTA səsçoxluğu ilə Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse-prezidenti seçilib.

N.Bağırov bildirib ki, 2 il əvvəl AzTA Almaniyanin Berlin şəhərində keçirilən seçkilərdə adi vitse-prezident kimi seçilmişdi: "Bu dəfə isə Azərbaycan artıq adi vitse-prezident kimi deyil, Ümumdünya Turizm Təşkilatının Avropa üzrə prezidenti kimi fəaliyyət göstərəcək".

N.Bağırov deyib ki, Londonda keçiriləcək beynəlxalq turizm sərgisində bu dəfə seçilən vitse-prezidentlər arasında İdarə Heyətinə prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti