...

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil ediləcək

Cəmiyyət Materials 3 Sentyabr 2013 16:53 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresini təşkil edəcək.
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil ediləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresini təşkil edəcək.

Şuradan Trend-ə verilən məlumata görə, Konqresin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti haqqında müzakirələr aparmaqdır. Gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərinin yaradılması haqqında fikir mubadiləsi aparmaq da Konqresin başlıca məqsədlərindən olacaq.

Konqresə respublikanın bütün gənclər təşkilatları dəvətlidirlər.

Tədbirdə bir sıra gənclər təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif ediləcək.

Konqres sentyabr 14-də Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti