...

Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyənlər imtahan verəcəklər

Cəmiyyət Materials 6 Sentyabr 2013 12:08 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 10-da daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyənlər imtahan verəcəklər

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 10-da daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Trend-in məlumatına görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə imtahan verib. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80-i qanunvericilik, 20-si məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt veriləcək.

İmtahanda hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti