...

Gürcüstan SQ-nin azərbaycanlı hərbçiləri öz doğma dillərində ordudakı islahatlarla tanış ediliblər

Cəmiyyət Materials 13 Sentyabr 2013 23:38 (UTC +04:00)
Военнослужащие грузинских Вооруженных сил в рамках программы встреч с военнослужащими других национальностей в 20-1 кадрированной бригаде Национальной гвардии встретились с военнослужащими азербайджанцами.
Gürcüstan SQ-nin azərbaycanlı hərbçiləri öz doğma dillərində ordudakı islahatlarla tanış ediliblər

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Silahlı Qüvvələrin (SQ) gürcü hərbi qulluqçuları Gürcüstan ordusunun milliyyətcə digər hərbçiləri ilə görüş proqramı çərçivəsində Milli Qvardiyanın briqadasında azərbaycanlı hərbi qulluqçularla görüşüblər.

Gürcüstan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi milli azlıqların nümayəndələrinə öz doğma dillərində Gürcüstan SQ-də aparılan islahatlar haqqında məlumat vermək, onların problemləri ilə yaxından tanış olmaq, həmçinin onların hərbi xidmətə marağını artırmaq olub.

Nazirliyin nümayəndəsi Bünyamin Qasımov görüş iştirakçılarını cari infrastruktur və sosial layihələrlə tanış edib.

Analoji görüşlər digər hərbi birləşmələrdə də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti