...

Azərbaycanda vakant dövlət qulluğuna elan edilmiş müsahibələrin qrafik və proqramları açıqlanıb

Cəmiyyət Materials 18 Sentyabr 2013 15:25 (UTC +04:00)
Avqustun 23-də Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən elan edilmiş müsahibə, ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki açıqlanıb.
Azərbaycanda vakant dövlət qulluğuna elan edilmiş müsahibələrin qrafik və proqramları açıqlanıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Avqustun 23-də Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən elan edilmiş müsahibə, ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki açıqlanıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan edilmiş namizədlərlə müsahibələrin keçirilmə qrafikini və namizədlərin müsahibə mərhələsinə daha yaxşı hazırlaşmalarını təmin etmək məqsədi ilə dövlət qulluğu üzrə zəruri qanunvericilik biliklərinə, namizədlərin iddia etdiyi dövlət orqanının ümumi təyinatı və vakant vəzifə üzrə zəruri biliklərə dair müsahibə proqramları açıqlanıb.

Təqdim edilmiş müsahibə proqramlarında ümumi və sahə üzrə mövzular, həmin mövzuların əhatə olunduğu ədəbiyyatların siyahısı, o cümlədən müsahibə proqramlarının tərtibatı üzrə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və müvafiq dövlət orqanının məsul şəxslərinin əlaqə vasitələri haqqında məlumatlar qeyd olunub.

Təqdim edilmiş müsahibə proqramları namizədlərin bilik səviyyəsini və peşə hazırlığını qiymətləndirmək məqsədi daşıyır. Müsahibədə eləcə də namizədlərin ümumi dünyagörüşü və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə bağlı sualların verilməsi nəzərdə tutulub.

Müsahibələr qrafik üzrə şərti müəyyən edilmiş qaydada Dövlət Komissiyasının 1, 2 və 3-cü korpuslarında keçiriləcək. Müsahibə proqramları və müsahibələrin keçirilməsi qrafiki barədə daha geniş məlumatla Dövlət Komissiyasının www.csc.gov.az ünvanlı rəsmi saytında tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti