Azərbaycan, Bakı, 20 sentyabr / Trend müxbir M.Əliyev/
Azərbaycan hökuməti təhsil xərclərinin artırılması ilə bağlı qərar verib.
Trend-in məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, bununla bağlı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarına dəyişikliklər edilib.
Nazirlər Kabinetinin dəyişikliyinə əsasən, bakalavriat səviyyəsində sənətşünaslıq ixtisası üzrə təhsil xərci 1700 manat, rejissorluq ixtisası üzrə 2400 manat, dekorativ sənət ixtisası üzrə 4000 manat, dizayn ixtisası üzrə təhsil xərci 1920 manat rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərci 5000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 2000 manat, müalicə işi və hərbi həkim işi ixtisasları üzrə təhsil xərci 4500 manat, tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə təhsil xərci 4000 manat müəyyənləşdirilib.
Magistratura səviyyəsində isə sənətşünaslıq ixtisası üzrə təhsil xərci 1700 manat, aktyor sənəti ixtisası üzrə təhsil xərci 2000 manat, dekorativ sənət ixtisası üzrə təhsil xərci 4000 manat, rejissorluq ixtisası üzrə təhsil xərci 2600 manat, dizayn ixtisası üzrə təhsil xərci 1920 manat, rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərci 5000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 2000 manat, səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci 4000 manata qaldırılıb.
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci isə 4000 manat müəyyən edilib.