...

İranda 170 nəfərdə vəba xəstəliyinə yoluxma halı aşkar edilib

Cəmiyyət Materials 22 Sentyabr 2013 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda 170 nəfərdə vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir. Trend-in "MEHR" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə Nazirliyinin Yolxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib.

Nəbəvi qeyd edib ki, 170 nəfərdən 144 nəfəri Əfqanıstan, 1 nəfər Pakistan və 25 nəfər isə İran vətəndaşıdır. "Vəba epidemiyasına yoluxanlardan 1 nəfəri paytaxt Tehranda və 1 nəfəri də Kərəc şəhərində qeydə alınıb ki, hazırda onların vəba epidemiyasına yoluxmalarının səbəblərini araşdırırıq", - Nəbəvi bildirib.

Nəbəvinin sözlərinə görə, epidemiyaya yoluxan şəxslərin əksəriyyəti İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-leqal miqrantlardır.

"Hazırda Əfqanıstanın şimal bölgələrində vəba epidemiyası geniş şəkildə yayılıb və Əfqanıstan vətəndaşlarının İrana gəliş -gedişi nəticəsində bu epidemiyanın İranda artmasına səbəb olub",- Nəbəvi bildirib.

İran KİV-lərinin məlumatına görə, İranda 45 ilə yaxındır ki, vəba xəstəliyinə yoluxma halları aşkarlanır. Ötən il 15 nəfərdə yoluxma halı qeydə alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti