...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 25 Sentyabr 2013 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Sentyabrın 25-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Qəzetin bu sayında oxucular Azərbaycan Prezidenti Ilham Əliyevin Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimində iştirak etməsi, Azərbaycanın qazının satışı ilə bağlı Avropa aılıcıları ilə yeni müqavilə imzalanması, ABŞ-ın Azərbaycanda qaçqınlara yardım layihəsinə kömək etməyə hazır olması, Dünya Bankının Azərbaycan dəmir yolları layihəsini əlavə vəsaitlə təmin etməsi, Xəzər suyunun şirinləşdirilməsi üzrə zavodun tam istismara hazır olması, Bakıda davam edən "Payız etüdləri" sərgisi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

Yeni sayda AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik oxuculara kardio məşqlər zamanı düzgün qidalanma məsləhətləri verəcək.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti