...

“ASAN xidmət” mərkəzlərində işləmək istəyənlər üçün müsahibə elan edilib

Cəmiyyət Materials 30 Sentyabr 2013 11:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edib.
“ASAN xidmət” mərkəzlərində işləmək istəyənlər üçün müsahibə elan edilib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilənm məlumata görə, Dövlət Agentliyi 30 sentyabr 2013-cü il tarixdən 14 oktyabr 2013-cü il tarixədək dövlət orqanında və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edir. Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Dövlət Agentliyinin qulluqçuları iştirak edə bilərlər. Daxili müsahibədə iştirak etmək istəyən dövlət qulluqçuları namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Dövlət Agentliyinə müraciət etməlidirlər.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

· ərizə

· şəxsiyyəti təsdiq edən sənədin surəti

· kadrlar uçotunun şəxsi vərəqəsi

· ali təhsil haqqında sənədin surəti

· əmək kitabçasının surəti

· sağlamlıq haqqında arayış

· ixtisas dərəcəsini təsdiq edən sənədin surəti

· rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Müsahibədə namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumatı Dövlət Agentliyinin rəsmi internet saytından (www.vxsida.gov.az; www.asan.gov.az), (012) 541-76-63, (012) 541-76-65; (012) 444-74-07 nömrəli telefonlarla əlaqə saxlamaqla və İnsan resursları və təlim şöbəsinə müraciət etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti