...

Azərbaycanda həbsdə saxlanılma yerlərində məhkumlara müavinətlərin verilməsinə dəyişiklik edilib

Cəmiyyət Materials 30 Sentyabr 2013 13:52 (UTC +04:00)
Milli Məclis bazar ertəsi keçirilən iclasda “Sosial müavinətlər haqqında” qanuna dəyişiklikləri qəbul edib.
Azərbaycanda həbsdə saxlanılma yerlərində məhkumlara müavinətlərin verilməsinə dəyişiklik edilib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir M.Əliyev/

Milli Məclis bazar ertəsi keçirilən iclasda "Sosial müavinətlər haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, dəyişiklik barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, qanunun 10-cu maddəsində sosial müavinətlərin təyin edilməsi və ödənilməsi ayrılaraq ayrı-ayrı maddələrdə verilir. Maddə 10-da sosial müavinətin təyin edilməsi ayrıca, yeni əlavə olunan 10.1-də sosial müavinətlərin ödənilməsi ayrıca verilir. Eyni zamanda, yeni 10.1-ci maddədə ayrıca qeyd olunan sosial müavinətlərin ödənilməsində yeniliklər də var. Yeniliklərə əsasən, müavinətlər tam olaraq ödəniləcək. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

Yeni maddəyə edilən digər yenilik isə ondan ibarətdir ki, sosial xidmət müəssisəsində yaşayan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyat tələbatını müstəqil təmin edə bilməyən, çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayədarlarına ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti