...

Baş redaktorlar Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini doğru addım hesab edirlər

Cəmiyyət Materials 30 Sentyabr 2013 15:10 (UTC +04:00)
“RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) keçirdiyi soğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini yüksək qiymətləndirirəm. Bu barədə Trend-ə “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Baş redaktorlar Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini doğru addım hesab edirlər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbirlər E.Mehdiyev, İ.İzzət/

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) keçirdiyi sorğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini yüksək qiymətləndirirəm. Bu barədə Trend-ə "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O qeyd edub ki, bu əslində belə də olmalı idi: "Çünki bu günə qədər mətbuatın inkişafı üçün atılan addımlar, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və həmin fond vasitəsilə həyata keçirilən layihələr, bu layihələrin medianın inkişafında buraxdığı iz, eyni zamanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar, onlar üçün mənzillərin inşa edilməsi və paylanılması, bu işin davam etdirilməsi belə bir addımın atılması üçün tamamilə əsas verib".

E.Mirzəbəyli qeyd edib ki, əslində fərqli bir yanaşma olsa idi, təəccüblü olardı: "Bu baxımdan özüm də eyni mövqeni sərgiləmişəm və bu mövqeni sərgiləyən digər həmkarlarımın, mətbuat nümayəndələrinin də çox böyük səs çoxluğu ilə qəbul etdiyi bu qərarı alqışlayıram".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də hesab edir ki, Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsi media nümayəndələri tərəfindən atılmış tamamilə doğru addımdır.

V.Rəhimzadə Trend-ə deyib ki, jurnalistlər Prezident İlham Əliyevin diqqət və qayğısını hər zaman üzərlərində hiss ediblər: "Həm jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstək Fondunun (KİVDF) yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümunəsidir".

V.Rəhimzadə söz və mətbuat azadlığının təmin edildiyini vurğulayıb və bunun jurnalistlər üçün ən böyük töhfə olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti