...

Elşad İskəndərov: Din pərdəsi altında fəaliyyət göstərən bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə çalışırlar

Cəmiyyət Materials 2 Oktyabr 2013 12:12 (UTC +04:00)
Din pərdəsi altında fəaliyyət göstərən bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə cəhd edir, burada təşəkkül tapmış tolerant modelə zərbə vurmağa çalışırlar.
Elşad İskəndərov: Din pərdəsi altında fəaliyyət göstərən bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə çalışırlar

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Din pərdəsi altında fəaliyyət göstərən bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə cəhd edir, burada təşəkkül tapmış tolerant modelə zərbə vurmağa çalışırlar.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakıda keçirilən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakı ilə keçirilən "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda respublika konfransında bilidirib.

E.İskəndərov qeyd edib ki, Bakı məzhəblərarası dostluğun, qardaşlığın, yaxınlığın mərkəzidir: "Bakıdakı Əjdərbəy məsçidi vaxtilə məhz məzhəblərarası qardaşlığın rəmzi olaraq birgə ibadət üçün inşa edilib. Bunun dünyada analoqu olmayıb və indiyədək də yoxdur. Azərbaycan eyni zamanda dinlərarası tolerantlıq, dostluğun təşəkkül tapdığı məkandır. Burada zaman-zaman müsəlmanlar kilsələrin tikilməsinə dəstək veriblər."

Elşad İskəndərovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, ictimai-siyasi quruluşdan asılı olmayaraq, başqa dinlərə tolerant münasibət Azərbaycanın milli xüsusiyyəti olub: "Əfsuslar olsun ki, bizim üçün adi olan hadisələr istər müsəlman aləmində, istərsə də Avropada nadir görünən hallardır. Çünki həmin ölkələrdə olan dini düşüncə, istərsə də kənardan idxal edilən düşüncələr islam-müsəlman aləminin vəhdətini təşkil edən əsaslar yox, ikinci dərəcəli amillər qabardılaraq çaxnaşmalar yaradılır. Bizdə olan qardaşlığa, yardımlaşmaya həmişə başqa ölkələr həsəd aparıblar. Biz bunu kiməsə xoş gəlmək üçün deyil, gələcəyimiz, milli kimliyimizin möhkəmlənməsi, cəmiyyətimizin yüksək dəyərlərə sahib olması üçün edirik".

Komitə sədri bildirib ki, Azərbaycan dövləti insanları radikalizmlə mübarizəyə dəvət edir. Onun sözlərinə görə, bəzi cərəyanlar din pərdəsi altında başqa işlərlə məşğul olaraq dövlətin mövcud modelini təhlükə altına almağa çalışırlar: "Təkfirçiliklə məşğul olan qruplar islama zərbə vurur. Təkfirçilik, xəvariclik psixologiyası məzhəb tanımır. Onlar hər məzhəbdə öz tərəfdarlarını müxtəlif şüarlar altında öz ətrafında birləşdirirlər. Onlar peyğəmbərin yolunu deyil, bütləşdirdikləri insanları özlərinə rəhbər seçirlər."

E.İskəndərovun fikrincə, düşmən düşüncələr də olsa, onlarla inzibati yollarla mübarizə aparmaq yox, dini maarifləndirmə işini gücləndirmək lazımdır. Bu baxımdan DQİDK dini qurumlarla sıx əməkdaşlıq edir: "Bununla mübarizə aparmaq üçün öz dini dəyərlərimizi qorumalı, mənəvi-əxlaq baxımdan kamilləşməli, ən əsası maarifləndirmə işini yüksəltməliyik. Belə olan halda gələcək nəsillərə, övladlarımıza sağlam gələcək ötürə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti