...

Azərbaycanda payız ayında "yay havası" davam edəcək

Cəmiyyət Materials 2 Oktyabr 2013 13:42 (UTC +04:00)
Oktyabrn 3-də Bakı və Abşeron yarımadasında havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir.
Azərbaycanda payız ayında "yay havası" davam edəcək

Azərbaycan, Bakı, 2 oktyabr/ Trend, müxbir İ.İsabalayeva/

Oktyabrn 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s olacaq. Axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s olacaq.

Havanın temperaturunun gecə 16-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 3-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Mərkəzi Aran rayonlarında havanın temperaturunun gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti