...

Daxili işlər naziri qərb rayonlarının sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 4 Oktyabr 2013 11:12 (UTC +04:00)
Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usubov oktyabr ayının 26-da Gəncə şəhərində vətəndaşların qəbulu keçirəcək.
Daxili işlər naziri qərb rayonlarının sakinlərini qəbul edəcək

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov oktyabrın 26-da Gəncə şəhərində vətəndaşların qəbulu keçirəcək.

Trend-in məlumatına görə, bu barədə cümə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qəbula Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinləri yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti