...

DSMF sədri yeddi rayonun icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirib

Cəmiyyət Materials 4 Oktyabr 2013 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend /

Oktyabrın 4-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov fondun Ağdaş rayon şöbəsinin inzibati binasında icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Qəbulda 7 rayonun (Ağdaş, Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsu) sakinləri iştirak ediblər.

Qəbula gələn vətəndaşların fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Ağdaş rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub.

Vətəndaşlar əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə müraciət ediblər. Müraciətlərin bir qismi isə pensiya növünün dəyişdirilməsi, fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.

"Açıq qapı" şəraitində baş tutan qəbula gələn bütün vətəndaşların müraciətləri dinlənilib.

Qəbulda iştirak edən pensiyaçılar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Ümumilikdə bütün müraciətlər operativ qaydada araşdırılib və onların bir qismi yerindəcə həll olunub. Bir sıra müraciətlər müəyyən dəqiqləşmələr, araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti