...

AMEA texnoparkın yaradılması üçün “Schlumberger” şirkətinin təcrübəsindən istifadə etməyi planlaşdırır

Cəmiyyət Materials 10 Oktyabr 2013 12:05 (UTC +04:00)
Alimlərin innovativ nəticələrini sınaqdan keçirmək məqsədi ilə texnopark yaratmağı planlaşdıran Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu sahədə neft sənayesi sahəsi üzrə məşhur olan “Schlumberger” şirkətinin təcrübəsindən yararlanmağı planlaşdırır.
AMEA texnoparkın yaradılması üçün “Schlumberger” şirkətinin təcrübəsindən istifadə etməyi planlaşdırır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Alimlərin innovativ nəticələrini sınaqdan keçirmək məqsədi ilə texnopark yaratmağı planlaşdıran Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu sahədə neft sənayesi sahəsi üzrə məşhur olan "Schlumberger" şirkətinin təcrübəsindən yararlanmağı planlaşdırır.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirmək məqsədi ilə neft sənayesi sahəsi üzrə məşhur "Schlumberger" şirkətinin Moskva ofisinin nümayəndə heyətini qəbul edib. Akademik A.Əlizadə bildirib ki, institutda BP ilə birgə təşkil olunmuş Hövzə Modelləşdirmə Mərkəzi fəaliyyət göstərir. Son illər burada mühüm innovativ nəticələr əldə olunub.

Xarici şirkətin departament müdiri, nümayəndə heyətinin rəhbəri Georgiy Karnauxov bildirib ki, 85 ölkədən 120 min işçinin çalışdığı şirkət müştərilərə neftin çıxarılmasından istehsalına qədər texnologiya və layihə menecmentliyi üzrə xidmət göstərir. "Schlumberger"in xidmətləri Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika, Rusiya, Orta Şərq və Asiyaya qədər yayılıb.
Görüşdə tərəflər kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti