15 noyabr 2013-cü il tarixində Buta Palace-da məşhur "Cirque Du Soir" sirk tipli şousu baş tutacaq. Şouda sehrli aləmin abu havasını yaradan döyməli şən rəqqaslar, hoqqabazlar, alov udanlar, ilan ovsunçuları, baraban ifaçıları, qılınc udanlar, cırtdan və sehrbazlar iştirak edəcəklər.
2009-cu ildə Londonda fəaliyyətə başlamış kollektiv qısa zamanda dünyada ən müzakirə olunanların sırasında yer aldılar. Sırk San Trope, İbisa, Hurşevel, Beyrut, Brüssel, Honkonq, Sürix, Cenevrə, Monako, Dubay, Parisdə qastrollarda olub, əyləncə məkanlarında tamaşaçıların rəğbətini qazanıblar.