...

Şahin Mustafayev Cəlilabadda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 22 Oktyabr 2013 12:35 (UTC +04:00)
Oktyabrın 25-də iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev Cəlilabad şəhərində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Şahin Mustafayev Cəlilabadda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Oktyabrın 25-də iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev Cəlilabad şəhərində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı nazirlikdən daxil olan məlumatda deyilir.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Cəlilabad Rayon Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) təşkil olunacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025)255-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti