...

Naxçıvanda aparılan məhkəmə-hüquq islahatlarına dair beynəlxalq seminar öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2013 11:24 (UTC +04:00)
Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” ikigünlük beynəlxalq seminar bu gün öz işinə başlayıb.
Naxçıvanda aparılan məhkəmə-hüquq islahatlarına dair beynəlxalq seminar öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair" ikigünlük beynəlxalq seminar bu gün öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə keçirilən və oktyabrın 28-29-u davam edəcək beynəlxalq seminarın açılış mərasimi başlanmamışdan öncə qonaqlar, milli və beynəlxalq ekspertlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq ümummilli liderin ruhunu ehtiramla yad ediblər.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları barədə çıxış etmişdir.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvanda aparılan islahatlara diqqət çəkərək qeyd edib ki, təqdirəlayiq haldır ki, vaxtı ilə ümummilli lider Heydər Əliyev və bu gün isə Cənab Prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikasında da məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.

AHK sədri Muxtar Respublikada aparılan işlərə və eyni zamanda qeyd olunan tədbirin yüksək səviyyədə təşkil olunmasında verdiyi dəstəyə görə Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbova bütün təşkilatçılar adından minnətdarlığını bildirdi. O, son zamanlar Naxçıvan MR-da məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək, qanunun aliliyinin qorunmasında muxtar respublikada aparılan işləri yüksək qiymətləndirmişdir. O semianrın əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, Naxçıvan MR-nın hakimlərinin və eyni zamanda hüquq mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi konfrans İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənillməsi cəhətdən çox əhəmiyyətlidir.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer çıxış edərək iştirakçıları salamlayıb və belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvan MR-da keçilməsindən və özünün də ilk dəfə Naxçıvan MR da olmasından məmnun qaldığını qeyd etmişdir.

O, Almaniya Federal Ədliyyə Nazirliyinin ekspertlərini təqdim edərək, qonaqların da ilk dəfə Naxçıvan MR da olmasını vurğulamışdır. Və yüksək qonaqpərvərliyə və seminarın çox yüksək səviyyədə keçirilməsinə görə bütün təşkilatçılar adından minnətdarlığını bildirmişdir.

Açılış nitqindən sonra "Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti", "Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat", "Konvensiya pozuntusunun yoxlanılması qaydası" mövzuları ətrafında məruzələr dinlənilib. Mövzu üzrə məruzələrlə hüquq elmləri doktoru, professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə Heyətinin üzvü Lətif Hüseynov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Dr. Mixaela Vittinqer çıxış ediblər.

Növbəti məruzələrin mövzusu "Avropa İnsan Hüquqları Konvensiyasının dövlətdaxili məhkəmələr üçün əhəmiyyəti", "Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer", "Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi və təsiri" olub. Məruzələrlə hüquq elmləri doktoru, Professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann, AHK İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, AHK İdarə Heyətinin üzvü, Milli Məclsin deputataı Fazil Mustafa çıxış etmişlər.

Beynəlxalq seminarın sonrakı hissəsində "Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş konkret təminatlar", "Konvensiyanın qoruma sferası, oradakı normaların tətbiqindən istisna hallar (nəzərdə tutulan hallarda)", "Konvensiyanın praktiki əhəmiyyəti (Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən praktiki misallara istinad olunmaqla)", "Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi: Azadlıq və təhlükəsizlik hüququ. Bu normanın qoruma sferası (bu hüquqa müdaxilələrin yol verilməsi; Saxlama və azadlığın məhdudlaşdırılması üçün şərtlər; Təcili olaraq hakim qarşısına çıxarılma; Seçilmiş həbs qətimkan tədbirinin hakim tərəfindən yoxlanılması) adl növbəti məruzələr dinlənilib. Məruzələrlə Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru xanım Prof. Dr. Mixaela Vittinqer və Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri cənab Dr. Otto Mallmann çıxış ediblər.

Daha sonra mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edilən seminarda Naxçvan MR Ali Məhkəməsinin hakimləri, rayon məhkəmələrinin hakimləri, Naxçıvan MR Prokuroru, Naxçıvan MR Ombudsmanı iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti