...

Gəncədə yeni avtomobil bazarı tikilir

Cəmiyyət Materials 6 Noyabr 2013 16:34 (UTC +04:00)
Gəncənin qərb istiqamətindən girişində yeni avtomobil bazarı tikilir.
Gəncədə yeni avtomobil bazarı tikilir

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Gəncənin qərb istiqamətindən girişində yeni avtomobil bazarı tikilir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, 16 hektardan çox sahəni əhatə edən yeni bazar müasir standartlara uyğun tikilir və burada avtomobil satışı üçün hər bir şərait yaradılacaq. Bazarda 1000-dən çox avtomobil satışını həyata keçirmək mümkün olacaq, müxtəlif avtomobil dillerləri üçün satış mərkəzləri, ikinci əl avtomobillərin satışı üçün 4 satış nöqtəsi mövcud olacaq.

Layihəyə görə 29 tikilidən ibarət bazarda avtomobil ehtiyatlarının satış məntəqəsi, avtomobil təmiri üçün sexlər, alıcıların istirahəti üçün kafe, yeməkxanalar və biznes mərkəzi ilə ofislər fəaliyyət göstərəcək.

Köhnə maşın bazarından dəfələrlə böyük və komfortlu olan yeni avtomobil bazarından ətraf rayonların sakinləri də istifadə edə biləcəklər. Bazarın gələn il istifadəyə veriləcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti