...

Xaçmazın Xaraxoba kəndinin adı dəyişdirilir

Cəmiyyət Materials 8 Noyabr 2013 15:54 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının gündəliyinə “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi daxil edilib.
Xaçmazın Xaraxoba kəndinin adı dəyişdirilir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının gündəliyinə "Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi daxil edilib.

Trend-in məlumatına görə, komitə sədri Arif Rəhimzadə sənəd barədə məlumat verərək bildirib ki, məsələyə Toponimiya Komissiyasında baxılıb və müsbət rəy verilib.

Müzakirəyə çıxarılan qanun layihəsi parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti