...

Bakıda uşaq geyimləri mağazasında saxta endirim kampaniyasının qarşısı alınıb

Cəmiyyət Materials 13 Noyabr 2013 18:51 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan pr., ev 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Musayeva Gülcahan Əhməd qızına məxsus “Neyjen” adlı uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Bakıda uşaq geyimləri mağazasında saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan pr., ev 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Musayeva Gülcahan Əhməd qızına məxsus "Neyjen" adlı uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın giriş hissəsində "10-50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar olaraq, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti