...

Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrdə araşdırma aparıblar

Cəmiyyət Materials 14 Noyabr 2013 15:13 (UTC +04:00)
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri adıçəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, Ombudsmanın səlahiyyətlərini izah ediblər, şikayətlər diqqətlə dinlənilib.
Ombudsman Aparatının əməkdaşları
penitensiar müəssisələrdə araşdırma aparıblar

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət etmiş şəxslərlə görüşmək məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında, 16 saylı cəzaçəkmə müəssisəsində (CÇM) və 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində olublar.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri adıçəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, Ombudsmanın səlahiyyətlərini izah ediblər, şikayətlər diqqətlə dinlənilib.

Hər üç müəssisədə, o cümlədən 16 saylı CÇM-in cərimə təcridxanasında qəbul edilmiş 30 nəfərədək şəxslə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.

16 saylı CÇM-in cərimə təcridxanasında standartlara uyğun yeni iki kameranın istifadəyə verilməsi müsbət hal kimi qiymətləndirilib.

Eyni zamanda, 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir sıra şəxslər barələrində olan cinayət işləri üzrə istintaqın qeyri-obyektiv aparılmasından, 16 saylı CÇM-dəki məhkumlar isə barələrində çıxarılmış məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

Başçəkmənin nəticələri və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər üç müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti