Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir S.Əhmədova/
Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin Gənclərlə İş üzrə Şurasının iclası keçirilib. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, Minskdə MDB-yə üzv ölkələrin Gənclərlə İş üzrə Şurasının sədri, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransı Şuranın növbəti iclasının keçirilməsinə həsr olunub.
2013-ci ildə bu Şuraya Azərbaycan sədrlik edir.