...

BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndələri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 18 Noyabr 2013 13:59 (UTC +04:00)
Azərbaycan, Nikaraqua və Nigeriya gələn il BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndələrinin səfər edəcəyi ölkələr sırasındadır.
BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndələri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan, Nikaraqua və Nigeriya gələn il BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndələrinin səfər edəcəyi ölkələr sırasındadır. Trend-in məlumatına görə, bu barədə BMT-nin rəsmi internet saytı xəbər verir.

Səfər zamanı Alt Komitənin nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkəcək və oradakı vəziyyətlə tanış olacaq.

Qeyd edək ki, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin rolu məhbuslara qarşı işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qarşısının alınmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti