...

Türkiyədə hər il avtomobil qəzalarında 8 mindən çox insan ölür

Cəmiyyət Materials 6 Dekabr 2013 13:05 (UTC +04:00)
Türkiyədə avtomobil qəzalarında hər il 8 mindən çox insan ölür. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Today`s Zaman" qəzeti xəbər verib.
Türkiyədə hər il avtomobil qəzalarında 8 mindən çox insan ölür

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə avtomobil qəzalarında hər il 8 mindən çox insan ölür. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Today`s Zaman" qəzeti xəbər verib.

Məlumata əsasən, qəza nəticəsində ölənlərin əksəriyyəti 15-29 yaşlı gənclərdir.

Məlumatda o da bildirilir ki, ölkə ərazisində ölümlə nəticələnən qəzaların təxminən 34%-i sürət həddinin aşılması səbəbindən baş verir.

Qəzetin məlumatına əsasən, Türkiyədə 30 il ərzində orta hesabla 385 min insan avtomobil qəzası nəticəsində həlak olub.

Türkiyədə avtomobil qəzalarının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir.

Son tədbirlərdən biri də təhlükəsizlik kəmərlərinin başlığının satışına tətbiq edilən qadağa olub. Ölkə ərazisində təhlükəsizlik kəmərlərinin başlığının satışına görə 180 lirə cərimə nəzərdə tutulub.

Türkiyədə son aylar yol hərəkəti qaydalarının pozuntusuna qarşı cərimələr də sərtləşdirilib. Belə ki, avtomobil yollarında müəyyən olunmuş sürət həddini keçməyə görə cəzalar 700 türk lirəsinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti