...

Azərbaycan Ordusu gələn il yeni səhra geyim forması geyinəcək

Cəmiyyət Materials 11 Dekabr 2013 15:58 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Tikiş Evi" ASC-nin (BTE) sədri Fədai Rəhimov bildirib.
Azərbaycan Ordusu gələn il yeni səhra geyim forması geyinəcək

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin yeni səhra geyim forması hazırlanır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Tikiş Evi" ASC-nin (BTE) sədri Fədai Rəhimov bildirib.

F Rəhimovun sözlərinə görə, yeni geyim forması özünün modeli, yüksək keyfiyyəti və bir sıra özəlliklərinə görə hazırkı analoqlarından fərqlənəcək: "Artıq həmin formaların tikilişinə başlanılıb. Yeni geyim forması Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanır. Geyim forması təsdiqləndikdən sonra gələn il - 2014-cü ilin yay mövsümünə keçid zamanı ordunun istifadəsinə veriləcək".

BTE-nin sədri qeyd edib ki, yeni səhra geyimi əsasən Türkiyə istehsalı olan parçalardan hazırlanır. Yeni geyim görünüşcə Türkiyə Silahlı Qüvvələrinin yeni rəqəmsal dizaynlı kamuflyajı ilə bənzərlik təşkil edəcək. Yəni bu geyimlər müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun cəbhə bölgəsinə səfərləri zamanı geydikləri kamuflyajın bənzəri olacaq.

F.Rəhimov bildirib ki, hazırda "Bakı Tikiş Evi"ndə Silahlı Qüvvələr üçün müxtəlif təyinatlı - multispektral, yağışa davamlı geyimlər, səhra yatağı, bel çantaları və s. də istehsal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti