...

Sumqayıtda "xəvarici" və "sələfi"lər arasında baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıldı: 7 nəfər saxlanılıb

Cəmiyyət Materials 12 Dekabr 2013 17:07 (UTC +04:00)
Dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.
Sumqayıtda "xəvarici" və "sələfi"lər arasında baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıldı: 7 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Trend-ə daxil olan birgə məlumatında qeyd olunur ki, daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.

Məlumat daxil olan kimi Şəhər Polis İdarəsinin və prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlib, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib, maddi sübutlar götürülüb.

Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istərkən yaxalanıblar.

Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib.

Xəsarət almış E.Məmmədli və E.Nəzərəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti