...

AMEA prezidenti bəzi institut direktorlarının təyin edilməsi məsələsinə münasibət bildirib

Cəmiyyət Materials 14 Dekabr 2013 14:13 (UTC +04:00)
AMEA-da doktoranturaya qəbul imtahanları yanvarın birinci yarısından başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə AMEA-nın prezidenti Akif Əlizadə deyib.
AMEA prezidenti bəzi institut direktorlarının təyin edilməsi məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/

AMEA-da doktoranturaya qəbul imtahanları yanvarın birinci yarısından başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə AMEA-nın prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, AMEA-nın magistraturasının yaradılması məsələsinə isə hələ baxılır: "Bu məsələyə mane olan heç bir şey yoxdur. Məsələ tam həllini tapandan sonra ictimaiyyətə məlumat veriləcək. Ümumilikdə bu il AMEA-da uğurlu işlər həyata keçirilib, bəzi islahatlar aparılıb. İslahatlar akademiyanın Rəyasət Heyətində başa çatdırılıb və hazırda institutlarda həyata keçirilir".

AMEA prezidenti bildirib ki, 2014-2020-ci ilə qədər institutların strukturları, proritet istiqamətləri və proqramlarını müəyyən etmək ən mühüm məsələlərdən biridir.

Bəzi institut direktorlarının təyin edilməsi məsələsinə münasibət bildirən A.Əlizadə qeyd edib ki, bu yaxınlarda AMEA-da institutlar üzrə yaranmış vakansiyalar elan ediləcək və AMEA-nın nizamnaməsinə uyğun olaraq, onların seçilməsi fevral-mart aylarında həyata keçiriləcək: "Orada 10-dan artıq vakansiya olacaq. Bəzi direktorlar institutlarda vəzifə tuturlar, amma nizamnaməyə uyğun olaraq, 5 ildən bir təyin edilməlidirlər. Növbəti vakansiya zamanı da 5 illik müddəti bitmiş direktor yerlərinə müsabiqə yolu ilə təyinatlar olacaq.

A.Əlizadə onu da bildirib ki, bu yaxınlarda Azərbaycanda "Bilik" cəmiyyətinin bərpa olunması nəzərdə tutulur.

Onun sözlərinə görə, "Bilik" cəmiyyəti vasitəsilə Azərbaycanın ən ucqar kəndlərində və rayonlarında bilik haqqında informasiyaları çatdırmaq mümkün olacaq: "Bu gün İTK bu informasiyanın çatdırılması işini bir qədər asanlaşdırır. Amma əhali ilə canlı görüşün əhəmiyyəti olduqca böyükdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti