...

Respublika Diaqnostika Mərkəzinin mütəxəssisləri Bakıdakı Psixonevroloji Uşaq Evində oftalmoloji müayinələr aparıblar

Cəmiyyət Materials 18 Dekabr 2013 18:04 (UTC +04:00)
Bu gün Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin bir qrup mütəxəssisi Bakıdakı Psixonevroloji Uşaq Evində oftalmoloji müayinələr həyata keçiriblər.
Respublika Diaqnostika Mərkəzinin mütəxəssisləri Bakıdakı Psixonevroloji Uşaq Evində oftalmoloji müayinələr aparıblar

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bu gün Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin bir qrup mütəxəssisi Bakıdakı Psixonevroloji Uşaq Evində oftalmoloji müayinələr həyata keçiriblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, dövlət tərəfindən əsl valideyn qayğısı kimi əhatə olunmuş bu uşaq evində 160-dan çox uşaq məskunlaşıb.

Diaqnostika Mərkəzinin mütəxəssisləri daun sindromu, autizm, fiziki və psixi geriləmə kimi xəstəliklərdən əziyyət çəkən bu uşaqlarda ən son tibbi avadanlıqlarla görmə tiri və göz dibi, uzaqdan görmə faizi və s. müayinələr aparıblar. Aşkar edilən bəzi xəstəliklər barədə Psixonevroloji Uşaq Evinin rəhbərliyinə zəruri məlumatlar verilib, xəstəlik aşkarlanan uşaqların müalicəsi üçün müvafiq addımlar atılıb.

Xeyriyyə aksiyası digər uşaq evlərində də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti