...

Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 515 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Dekabr 2013 16:33 (UTC +04:00)
Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18 159 nəfər saxlanılıb.
Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 515 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/

Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18 159 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə bu gün DSX-nin 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Saxlanılanların 46 faizi Azərbaycan, 16,5 faizi Özbəkistan, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Moldova, 3,9 faizi Əfqanıstan, 3,5 faizi Nigeriya, 2,7 faizi Rusiya, 2,3 Türkiyə, 7,3 faizi isə digər ölkələrin vətəndaşları olub.

Hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq eidlərkən 1 silahlı sərhəd pozucusu zərəsizləşdirilib.

İl ərzində 2303 nəfər axtarışda olan şəxs tutulub, 339 nəfər saxta , 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntələqinrədn keçməyə cəhd edərkən saxlanılıb.

2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub, 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazaxıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycan Respublikasına məxsus 55 gəmi, Rusiya Federasiyasına məxsus 8 gəmi, İran İslam Respublikasına məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycan Respublikasına məxsus 274 qayıq barəsində zəruri tədbir görülüb.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 35 min metr tor və 500 ədəd qarmaq yığılıb.

Bu il ərzində dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib. Belə ki, 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti