...

Göygöldə gənclər və uşaq əyləncə mərkəzləri istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2013 20:55 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda inşa edilmiş Gənclər və Uşaq Əyləncə Mərkəzinin, eləcə də yay kinoteatrı və idman meydançasının açılışında iştirak edib.
Göygöldə gənclər və uşaq əyləncə mərkəzləri istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr/Trend/

Gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda inşa edilmiş Gənclər və Uşaq Əyləncə Mərkəzinin, eləcə də yay kinoteatrı və idman meydançasının açılışında iştirak edib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gənclər Mərkəzi 6 hektar ərazidə əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında yeni layihə əsasında inşa olunub.

A. Rəhimov bildirib ki, 2013-cü ildə ölkəmizin 19 şəhər və rayonunda Gənclər mərkəzləri istifadəyə verilib, 10 rayonda isə mərkəzlərin tikintisi davam etdirilir: "Göygöl rayonunda inşa olunmuş bina digərlərindən çox fərqlidir. Burada bütün yaş qrupundan olan insanların istirahəti nəzərə alınıb".

17 otaqdan ibarət olan yeni ikimərtəbəli mərkəzdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Binada kompyuter və linqafon kabinetləri, internet kafe, əyləncə mərkəzi, rəqs otağı, akt zalı, müxtəlif dərnəklər gənclərə xidmət göstərəcək.

Sonra tədbir iştirakçıları Heydər Əliyevin adını daşıyan parkda yeni qurulan Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak ediblər. Mərkəzdə körpələrin və uşaqların əylənməsi üçün hərtərəfli və geniş şərait yaradılıb. Qonaqlar yeni qurulan müasir tərtibatlı yay kinoteatrına və idman meydançasına da baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti