Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin dekabr ayında Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar müraciət edənlər arasında qadınların sayı üstünlük təşkil edib.
Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, dekabrda dəm qazından zəhərlənmə ilə əlaqədar xəstəxanaya 86 nəfər müraciət edib. Dekabrda xəstəxanada dəm qazından zəhərlənmə nəticəsində ölüm halları baş verməyib.
Dəm qazından zəhərlənənlər arasında 25-45 yaşlı cavanlar üstünlük təşkil edib. Xəstəxanaya dəm qazından zəhərlənmə ilə əlaqədar müraciət edənlərin 8-i uşaq olub.
A.Maqsudov dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyib.