Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/
"ASAN xidmət" mərkəzlərində vətəndaşlara göstərilən xidmətin müqabilində ödənilən rüsumların ümumi həcmi açıqlanıb. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
2013-cu il ərzində "ASAN xidmət" mərkəzlərinə vətəndaşlara göstərilən xidmətin müqabilində daxil olan ümumi rüsumun həcmi 8 milyon 615 min 74 manat 62 qəpik təşkil edib. Bunun 70%-i, yəni 6 milyon 30 min 552 manat 23 qəpyi dövlət büdcəsinə keçirilib.
Ödənilən rüsumların 30%-i, yəni 2 milyon 584 min 522 manat 39 qəpik Dövlət Agentliyinə qalıb.
Rüsumların ödənilməsindən qalan bütün vəsait Agentliyin 253 əməkdaşı və 1, 2, 3 saylı "ASAN xidmət" və Sumqayıt "ASAN xidmət" mərkəzlərinin 313 əməkdaşına mükafat şəklində təqdim olunub.