...

"Azərbaycanın Afrika Dostları" QHT-nin saytında 20 Yanvar faicəsi ilə bağlı məqalə dərc olunub

Cəmiyyət Materials 17 Yanvar 2014 12:07 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə 20 Yanvar faciəsinin tarixi və baş vermə səbəbləri aydın şəkildə təqdim edilib.
"Azərbaycanın Afrika Dostları" QHT-nin saytında 20 Yanvar faicəsi ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 17 yanvar/ Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə "Azərbaycanın Afrika Dostları" qeyri-hökumət təşkilatı tərəfindən təşkilatın internet səhifəsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı "Azərbaycanlıların 20 Yanvar faciəsi Cənubi Afrikalıların qəlbində" başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə 20 Yanvar faciəsinin tarixi və baş vermə səbəbləri aydın şəkildə təqdim edilib. Həmçinin məqalədə 20 Yanvar hadisələrinin aparteid zamanı CAR-da baş vermiş bir neçə oxşar faciələrlə müqaisə edərək ölkələrimizin müstəqilliyə gedən yolunun oxşar olduğunu oxucuların nəzərinə çatdırılıb.

Məqalə həmçinin təşkilatın bütün üzvləri və CAR ictimaiyyətinə elektron poçt vasitəsilə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti